Haqqımızda

Haqqımızda

Xəbər24.Online 1 sentyabr 2025-ci ildən fəaliyyətə başlayıb. müstəqil informasiya siyasəti həyata keçirən xəbər portalıdır.

Saytda Azərbaycanın ictimai, siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən yeniliklər operativ, qərəzsiz və vətəndaş-dövlət maraqları qorunmaqla oxuculara çatdırılacaq.

Saytda həmçin dünyanın ayrı-ayrı ölkələrində baş verən hadisələrə də mühüm yer veriləcək.

Yaradıcı kollektivimiz “Media haqqında” Qanunun və Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə riayət etməklə öz işini quracaq, hər bir oxucu müraciətinə hörmət və həssaslıqla yanaşacaq. Biz bu işdə oxucuların da köməyindən yararlanmaq, onların arzu və təklifləri əsasında operativ xəbərlərə, reportajlara yer vermək niyyətindəyik.

Əsas prinsiplərimiz:

  • Etibarlılıq və obyektivlik: Xəbərlərimiz və məqalələrimiz həmişə dəqiq mənbələrə əsaslanır.
  • Peşəkarlıq: Jurnalistik etikaya uyğun hərəkət edirik.
  • Yenilikçilik: Müasir texnologiyaların verdiyi imkanlardan istifadə edərək interaktiv və maraqlı məzmun təqdim edirik.
  • Cəmiyyətə xidmət: Oxucularımızın ehtiyaclarını nəzərə alaraq onları maraqlandıran mövzulara diqqət yetiririk.

Sizin etibarınızı qazanmaq və dəyərli oxucularımızın gündəlik informasiya ehtiyaclarını qarşılamaq üçün yorulmadan çalışırıq. Bizimlə birgə bu yolda irəliləmək üçün siz də səsinizi qatın, fikir və təkliflərinizi bizimlə bölüşün.

Yaradıcı kollektivimiz Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını bizimlə fəal əməkdaşlığa dəvət edir.